Kisə (qab)
Kisə — çox sayda dağıla bilən, səpələnən əşyaların, ərzağın və tikini materiallarının saxlanılması və daşınmsı üçün əski çağlardan bu günümüzə qədər məişətimizdə istifadə edilən xüsusi qab.
== Ümumi məlumat ==
Xalqımızın məişətində əski çağlardan bir çox məmulatları kisəyə qablaşdırmışlar. Kisə sözü bu gün də məişətimizdə yaşamaqdadır. Əsasən ərzaqlar - un, düyü, şəkər, arpa, buğda, eləcədə bir çox tikinti materialları - qum, gips və sairə kisələrə qablaşdırılır.